...

Ərdoğan Almaniyaya rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 13 Noyabr 2023 12:23 (UTC +04:00)
Ərdoğan Almaniyaya rəsmi səfər edəcək

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 17 noyabr tarixində Almaniyaya rəsmi səfər edəcək.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, Ərdoğan Almaniya kansleri Olaf Şolts ilə görüşəcək.

Türkiyə prezidenti buradakı təmasları zamanı İsrailin Fələstinə qarşı qeyri-insani hücumlarını gündəmə gətirəcək və İsrailin hücumlarına qarşı səssiz qalan Avropa ölkələrinə Berlindən mesaj verəcək.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 078-ə yüksəlib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti