...

Rusiya Fransada viza mərkəzlərini bağlayır

Dünya xəbərləri Materials 17 Noyabr 2023 18:33 (UTC +04:00)
Rusiya Fransada viza mərkəzlərini bağlayır
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın bir sıra şəhərlərində Rusiya viza mərkəzlərinin fəaliyyəti noyabrın 24-dən etibarən dayandırılacaq.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfirliyi məlumat yayıb.

"Məlumat veririk ki, 24 noyabr 2023-cü ildən Rusiyanın Paris, Marsel, Nitsa və Strasburqda viza mərkəzləri fəaliyyətini dayandıracaq", - məlumatda deyilir.

Qeyd olunub ki, bundan sonra viza müraciətləri konsulluqlar və səfirlikdə qəbul olunacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti