...

Qəzza zolağında ölənlərin sayı açıqlanıb

Dünya xəbərləri Materials 22 Noyabr 2023 21:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin sayı 14532 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "Al Jazeera" telekanalı Fələstin anklavının hakimiyyət orqanlarının mətbuat xidmətinə istinadən bildirib.

Məlumata əsasən, ölənlər arasında altı minə yaxın uşaq və dörd minə yaxın qadın var.

Bildirilib ki, Qəzza zolağında ən azı 7 min nəfər, o cümlədən 4,7 mini uşaq və qadın itkin düşüb.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti