...

BQXK-nın baş direktoru Qəzzadan 58 girovun azad edildiyini açıqlayıb

Dünya xəbərləri Materials 28 Noyabr 2023 00:02 (UTC +04:00)
BQXK-nın baş direktoru Qəzzadan 58 girovun azad edildiyini açıqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 24-dən bəri Qəzza zolağından ən azı 58 girov azad edilib və həbsdən azad edilən daha 85 fələstinli məhbus İordan çayının qərb sahilinə gəlib.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) baş direktoru Robert Mardini deyib.

"Üç gün ərzində [noyabrın 24-dən] Qəzzada saxlanılan 58 israilli və digər girovlar təhvil verilib. Onlardan bəziləri üçüncü ölkə vətəndaşları olub. 85 fələstinli məhbus isə ailələri ilə İordan çayının qərb sahilində qovuşdu", - deyə o bildirib.

Mardini bununla bağlı deyib ki, “girovların ailələrinə, fələstinli məhbusların isə öz ailələrinə qovuşdurmaq imkanı” ümid işığıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti