Bakı. Trend:
ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Carney” esminesi pilotsuz uçuş aparatları (PUA) və Yəməndən atılan raketlərlə hücuma məruz qalıb.
Trend xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
“Biz Qırmızı dənizdə gəmilərə hücumlardan xəbərdarıq və məlumat əldə olunduqca paylaşacağıq”, - deyə Pentaqonun açıqlamasında bildirilir.