...

Bu il havaya atılan karbon qazı rekord həddə çatacaq

Dünya xəbərləri Materials 5 Dekabr 2023 20:50 (UTC +04:00)
Bu il havaya atılan karbon qazı rekord həddə çatacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kömür və qaz kimi ənənəvi yanacaqlardan istifadə zamanı atmosferəatılan zərərli karbon qazı bu il rekord həddə çatacaq.

Trend xəbər verir ki, bu barədə məlumat “Global Carbon Project” təşkilatının məruzəsində yer alıb.

Qeyd olunur ki, 2023-cü ildə havaya atılan karbon qazının miqdarı təxminən 37 milyard ton təşkil edəcək. Öncəki illə müqayisədə bu göstərici 1,1 faiz artıb.

Hindistanda 8,2 faiz, Çində isə 4 faiz artım müşahidə edilib. Eyni zamanda, karbon qazı emissiyası Avropada 7,4 faiz, ABŞ-da 3 faiz azalıb.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı (COP28) keçirilir.

Dekabrın 12-dək davam edəcək tədbirdə müxtəlif ölkələrdən 70 mindən çox nümayəndə, o cümlədən iri biznes və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, tədqiqatçılar, ekspertlər və jurnalistlər iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti