Bakı. Trend:
Fələstinin İsraillə dinc yanaşı yaşamağa qadir bir dövlət kimi tanınması yekunda Fələstin və İsrail arasında münaqişənin həllinə gətirib çıxarmalıdır.
Trend-in məlumatına görə, bu barədə Kanadanın baş naziri Castin Trüdo deyib.
C.Trüdo qeyd edib ki, Kanada bu problemin iki dövlətli həllini dəstəkləməyə və təşviq etməyə davam edəcək.
O, israillilərin təhlükəsiz dövlətdə yaşamasının və fələstinlilərin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində öz dövlətlərində inkişaf edə bilmələrinin vacibliyini vurğulayıb. O, həmçinin qeyd edib ki, Kanadanın dünya miqyasında göstərdiyi səylər bu məqsədə çatmağa yönəlib.