Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi təmaslar üçün gəldiyi Macarıstanın paytaxtı Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.
Trend TRT-yə istinadən xəbər verir ki, Prezident Ərdoğan macar həmkarı Katalin Novak ilə Şandor sarayında görüşdükdən sonra Karmelita monastırına gedib.
Ərdoğan onu burada qarşılayan Baş nazir Orbana Türkiyənin yerli və milli istehsalı olan qara rəngli “Togg” hədiyyə edib.
Ərdoğan iki ölkə əlaqələrinin 100-cü ildönümü üçün xüsusi olaraq hazırlanmış “HU TR-100” nömrəli “Togg”u idarə edən Baş nazir Orbana avtomobil haqqında məlumat verib.
Orban da Ərdoğana macar atı hədiyyə edib.
Qeyd edək ki, səfərin əsas məqsədi ikitərəfli əməkdaşlıq və iqtisadi münasibətlərin müzakirəsi, o cümlədən, iki ölkə arasında ticarətin həcminin artırılaraq 6 milyard dollara çatdırılmasını nəzərdə tutan strategiyanın hazırlanması təşkil edir.