Bakı. Trend:
Argentina Prezidenti Xavyer Miley parlamentin növbədənkənar sessiyasını çağırıb. Məqsəd vergi və dövlətin fəaliyyəti sahəsində islahatlarla bağlı qanun layihələrinin nəzərdən keçirilməsidir.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
“2023-cü il dekabrın 26-dan 2024-cü il yanvarın 31-dək növbədənkənar sessiya çağırılsın”, - prezidentin göstərişində bildirilib.
Qeyd edilib ki, məktubda baxılması üçün 11 mövzu, o cümlədən dövlətin fəaliyyəti sahəsində islahatlara dair qanun layihəsi müəyyən edilib.