Bakı. Trend:
Yəmən sahillərində gəmiçilik təhlükəsizliyi ilə əlaqədar yeni insident baş verib.
Trend xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri məlumat yayıb
Bildirilib ki, insident Hüdeydə limanından qərb istiqamətində baş verib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Gəmilərə bu bölgədə ehtiyatla hərəkət etmələri və istənilən şübhəli fəaliyyət barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Ticari Dəniz Daşımalarının Əlaqələndirilməsi Mərkəzinə məlumat vermələri tövsiyə olunub.
Qeyd edək ki, husilər Qəzza zolağında hərbi əməliyyatlar dayandırılmayacağı təqdirdə İsrailə məxsus və onunla əlaqədar gəmilərin Qırmızı dəniz və Babül-Məndəb boğazından keçməsinə mane olacaqlarını bildiriblər.