...

Türkiyədə 15 nəfər casusluq ittihamı ilə həbs olunub

Dünya xəbərləri Materials 6 Yanvar 2024 13:05 (UTC +04:00)
Türkiyədə 15 nəfər casusluq ittihamı ilə həbs olunub
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə casusluqda şübhəli bilinərək saxlanılan 34 nəfərin 15-i həbs olunub.

Trend bu barədə Türkiyə KİV-inə istinadən xəbər verir.

Mərkəzi İstanbul olmaqla 8 vilayətdə keçirilən əməliyyat nəticəsində saxlanılan 34 şübhəlidən 26-sının "siyasi və ya hərbi casusluq" cinayətinə görə həbs olunmalarını tələb edilib.

Məhkəmə şübhəlilərdən 15-i barəsində həbs qətimkan, 11-i barəsində isə ədliyyə nəzarəti tədbiri görülməsinə qərar verib.

8 şübhəli isə deportasiya olunması üçün İl Miqrasiya İdarəsinə təhvil verilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun​​​​​​​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti