...

Türkiyə-Bolqarıstan Nazirlər Kabinetinin ortaq iclası planlaşdırılır

Dünya xəbərləri Materials 31 Yanvar 2024 13:13 (UTC +04:00)
Türkiyə-Bolqarıstan Nazirlər Kabinetinin ortaq iclası planlaşdırılır

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bolqarıstana gələcək səfəri çərçivəsində iki ölkənin Nazirlər Kabinetinin ortaq iclası planlaşdırılır.

Trend-in məlumatına görə, TurkicWorld bu barədə Türkiyə diplomatik mənbələrinə istinadən xəbər verir.

Məlumata əsasən, planlaşdırılan səfərin Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının hazırlanmasında mühüm rol oynadığı bildirilib.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan dünən Bolqarıstana rəsmi səfər edib. Səfər çərçivəsində iki ölkənin XİN rəhbərləri ortaq mətbuat konfransı keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti