...

İraq hökuməti ABŞ-nin zərbələri nəticəsində 16 nəfərin öldüyünü açıqladı

Dünya xəbərləri Materials 3 Fevral 2024 14:53 (UTC +04:00)
İraq hökuməti ABŞ-nin zərbələri nəticəsində 16 nəfərin öldüyünü açıqladı
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İraq hökuməti ABŞ ordusunun ölkənin sərhəd rayonlarına endirdiyi zərbələr nəticəsində 16 nəfərin həlak olduğunu açıqlayıb.

Trend xəbər verir ki, bu barədə İraq hökumətinin rəsmi nümayəndəs Basəm Əl-Avadi bəyanat yayıb.

Bəyanatda hücum nəticəsində içərisində mülki şəxslərin də olduğu 16 nəfərin öldüyü, 25 nəfərin yaralandığı deyilir.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı ötən gecə İraq və Suriyada iranyönlü qruplara zərbələrin endirilməsini təsdiqləyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti