...

Kanada sakini baş naziri hədələdiyinə görə saxlanılıb

Dünya xəbərləri Materials 8 Fevral 2024 00:37 (UTC +04:00)
Kanada sakini baş naziri hədələdiyinə görə saxlanılıb

Bakı. Trend:

Kanada Kral Atlı Polisi (milli polis) ölkənin baş naziri Castin Trüdonu "X" sosial şəbəkəsində hadələyən şəxsi saxlayıb.

Trend-in məlumatına görə, bu barədə "Global News" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, saxlanılan 30 yaşlı Monreal sakini Pol Klarissoya qarşı artıq ittihal irəli sürülüb. Həmin şəxs yaxın vaxtlarda məhkəməni gözləyir. Onun hansı cəzaya məruz qalacağı barədə məlumat verilməyib.

Qeyd olunub ki, polis C.Trüdonun təhlükəsizliyinə qarşı olan təhdidlərin ciddi olmasını nəzərə alaraq araşdırma apardıqdan sonra Klarissonu saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti