...

ÜST-dən dünyada yeni pandemiya barədə XƏBƏRDARLIQ

Dünya xəbərləri Materials 12 Fevral 2024 18:13 (UTC +04:00)
ÜST-dən dünyada yeni pandemiya barədə XƏBƏRDARLIQ
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus dünyanın yeni pandemiyaya hazır olmadığını bildirib.

Trend xəbər verir ki, Gebreyesus bu barədə Dubayda keçirilən Dünya Hökumətlər Sammitində çıxışında deyib.

"COVID-19-un dərsləri yaddan çıxmış ola bilər, çünki dünya ictimaiyyətinin diqqəti hazırda digər böhranlara yönəlib", - o deyib.

Onun sözlərinə görə, bəşəriyyət gec, ya da tez yeni naməlum "X xəstəliyi" ilə üzləşəcək və buna indidən hazırlaşmaq lazımdır.

Gebreyesus yeni pandemiyanın qrip virusu və ya koronavirus, yaxud haqqında hələ bilmədiyimiz yeni patogen tərəfindən törədilə biləcəyini qeyd edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti