...

Hindistanda boya fabrikində yanğın: 10-dan çox ölən var

Dünya xəbərləri Materials 16 Fevral 2024 11:37 (UTC +04:00)
Hindistanda boya fabrikində yanğın: 10-dan çox ölən var
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın paytaxtı Nyu-Dehlidə yerləşən boya fabrikində yanğın olub.

Trend xəbər verir ki, bu barədə Hindistanın yerli televiziyası məlumat yayıb.

Məlumata görə, partlayışdan sonra baş verən yanğın Alipur rayonundakı iki anbara və narkotik asılılığından müalicə mərkəzinə yayılıb.

Partlayış nəticəsində fabrikin binası dağılıb. Həlak olanların cəsədləri tamamilə yandığı üçün kimliklərini müəyyən etmək çətinləşib.

O cümlədən biri polis olmaqla, daha dörd nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. İki nəfərin taleyi naməlum olaraq qalır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti