...

Yeddilik Qrupu qərarını verdi

Dünya xəbərləri Materials 25 Fevral 2024 03:11 (UTC +04:00)
Yeddilik Qrupu qərarını verdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yeddilik Qrupu (G7) ölkələrinin liderləri Ukraynanı dəstəklədiklərini bir daha təsdiqləyib, ölkənin azadlığı və demokratik gələcəyi uğrunda yorulmadan mübarizə aparan Ukrayna xalqının cəsarətini alqışladılar.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlanmasının ildönümü ilə bağlı G7-nin saytında dərc edilmiş bəyanatda deyilir.

G7 liderləri, xüsusən də Ukrayna xalqının öz gələcəyi uğrunda mübarizədə qələbəsini təmin etmək və hərtərəfli, ədalətli və davamlı sülhün yaradılmasına kömək etmək qabiliyyətinə əmin olduqlarını bildiriblər.

“Biz Ukraynanın özünümüdafiə hüququnu dəstəkləməyə davam edəcəyik və Ukraynanın uzunmüddətli təhlükəsizliyinə sadiqliyimizi təsdiqləyəcəyik. Biz Ukraynaya təhlükəsizlik yardımımızı gücləndiririk və ölkəyə kömək etmək üçün istehsal və çatdırılma imkanlarımızı artırırıq”, - bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti