...

Nil çayında gəmi qəzaya uğradı - Ölənlər var

Dünya xəbərləri Materials 26 Fevral 2024 16:48 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Misirin şimalında, Nil çayında gəmi qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə Misirin yerli telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə Giza əyalətinin Munşaat əl-Kanater bölgəsində baş verib. Qəzaya uğrayan gəmi yaxınlıqda yerləşən tikinti obyektinə işçiləri aparırmış. İşçilərdən 8-nin həlak olduğu, digər 6 nəfərin isə xilas edildiyi qeyd olunub.

Gəminin mümkün batmasına səbəb kimi həddindən artıq yüklənməsi göstərilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti