...

Kəlbəcərdə qızıl yataqlarını istismar edən şirkətə sanksiya tətbiq edildi

Dünya xəbərləri Materials 28 Fevral 2024 11:26 (UTC +04:00)
Kəlbəcərdə qızıl yataqlarını istismar edən şirkətə sanksiya tətbiq edildi
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il fevralın 23-də ABŞ Rusiyaya qarşı növbəti sanksiyalar paketini tətbiq edib.

Trend rus mediasına istinadən xəbər verir ki, Vaşinqtonun yeni sanksiyalar paketinə 500 fiziki və hüquqi şəxs daxil olub.

Sanksiyalar ABŞ Maliyyə Nazirliyi, Ticarət Nazirliyi və Dövlət Departamenti tərəfindən birgə tətbiq olunub.

Sanksiyalar paketində, həmçinin, Rusiyanın Kəlbəcərdə qızıl yataqlarını istismar edən "GeoProMining" şirkətlər qrupu da yer alıb. Belə ki, şirkətlər qrupunun Ermənistandakı aktivlərinə "Zəngəzur Mis-Molibden Kombinatı", Zod qızıl yatağını istismar edən "GeoProMining Gold", Ararat qızıl çıxarma zavodu və "Əkərək (Aqarak) Mis-Molibden Kombinatı" daxildir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti