Bakı. Trend:
Türkiyədə bu ilin fevral ayında inflyasiya ötən ilin analoji ayı ilə müqayisədə artaraq, 67,07 faiz olub.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu artım yanvar ayı ilə müqayisədə 4,53 faiz, 2023-cü ilin dekabr ayı ilə müqayisədə isə 11,54 faiz olub.
Qeyd olunub ki, ötən ilin fevral ayı ilə müqayisədə bu ilin fevral ayında ən az bahalaşma 43,44 faiz olmaqla geyim və ayaqqabı qiymətlərində müşahidə edilib.
Ən çox bahalaşma isə restoran və hotel qiymətlərində qeydə alınıb. Belə ki, bu sektorda bahalaşma ötən ilin analoji dövrü ilə müqayisədə 94,78 faiz olub.
