...

Ermənistanın KTMT-dən çıxmasının mümkün nəticələri dövlət sirridir - Edvard Asryan

Dünya xəbərləri Materials 5 Mart 2024 12:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan hələlik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmayıb, təşkilatdan ayrılmağın mümkün nəticələri dövlət sirridir.

Trend xəbər verir ki, bu fikri Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytenant Edvard Asryan jurnalistlər üçün keçirilən brifinqdə səsləndirib.

Həmçinin, Rusiyadan silah tədarükü ilə bağlı suala cavab verməkdən yayınan Asryan bu prosesin də dövlət sirri olduğunu bildirib.

Qeyd edək ki, son vaxtlar Ermənistan hakimiyyəti Rusiya ilə bağlı tənqidi bəyanatlar səsləndirir. Baş nazir Nikol Paşinyan Minskdə keçirilən KTMT sammitində iştirak etməyib və respublikanın həmin təşkilatda iştirakını dayandırdığını açıqlayıb.

Rusiya XİN Ermənistan hakimiyyətinin davranışlarının dost erməni xalqının maraqlarına cavab vermədiyini bəyan edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində İrəvandan gələn bəyanatların ikitərəfli münasibətlərə yenidən baxılmasına səbəb ola biləcəyini deyib.

Xəbər lenti

Xəbər lenti