Bakı. Trend:
İslandiya paytaxtında miqrantlar parlament binasına basqın ediblər.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, qanunvericilər miqrasiya qanunlarını sərtləşdirmək üçün toplaşıblar.
Miqrantlar isə buna etiraz edərək, sosial mənzil və ailə üzvlərinin İslandiyaya daxil olmasını tələb ediblər.