...

İranda yol qəzalarında 469 nəfər ölüb

Dünya xəbərləri Materials 25 Mart 2024 13:18 (UTC +04:00)
İranda yol qəzalarında 469 nəfər ölüb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda 11 gün ərzində (14-25 mart) yol qəzalarında 469 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın yol polisi rəisi Həsən Momeni deyib.

H.Momeninin sözlərinə görə, bunlar hadisə yerində ölən şəxslərdir:

"Buraya xəstəxanalarda ölənlər də əlavə olunmalıdır. Xəstəxanalarda yol qəzaları nəticəsində ölənlərin sayı Tibbi Ekspertiza tərəfindən elan edilməlidir".

Momeni əlavə edib ki, qeyd olunan müddətdə yol qəzalarında 12 521 nəfər xəsarət alıb.

Onun sözlərinə görə, yol qəzaları, əsasən, Fars, Kirman, Rəzəvi Xorasan və İsfahan vilayətlərində qeydə alınıb.

Yol qəzalarına sürət həddini aşma, yorğunluq və yuxusuzluq səbəb olub.

Qeyd edək ki, İranda Novruz bayramında və Yeni İldə əhalinin istirahət və şənliklər təşkil etməsi ilə əlaqədar ölkədaxili səfərlər artır.

Xəbər lenti

Xəbər lenti