...

Rusiya və NATO arasında müharibənin qarşısını almaq üçün əlimizdən gələni edirik - Almaniya kansleri

Dünya xəbərləri Materials 28 Mart 2024 16:24 (UTC +04:00)
Rusiya və NATO arasında müharibənin qarşısını almaq üçün əlimizdən gələni edirik - Almaniya kansleri
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya hökuməti Rusiya və NATO arasında müharibənin qarşısını almaq üçün əlindən gələni edir.

Trend xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts "Märkische Allgemeine Zeitung" qəzetinə müsahibəsində deyib.

Almaniyanın Ukraynaya uzaqmənzilli "Taurus" raketləri göndərməkdən imtinasını şərh edən Şolts, Almaniya hökumətinin münaqişənin gərginləşməməsi üçün əlindən gələni etdiyini bildirib.

"Biz həmçinin, Ukraynaya əsgər göndərməyəcəyik", - deyə Şolts əlavə edib.

Bundan başqa, kansler Almaniyanın Ukraynanı Avropadakı digər hər hansı dövlətdən daha çox silah və hərbi sursatla dəstəklədiyini vurğulayıb.

Xatırladaq ki, martın 4-də Almaniya Federativ Respublikasının Moskvadakı səfiri Aleksander Lambsdorf Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb.

Qeyd olunub ki, Almaniya kansleri Olaf Şolts NATO-nun Ukrayna münaqişəsində iştirak etməyəcəyini bildirdiyi gün Almaniyanın yüksək vəzifəli rəsmiləri Krım körpüsünə hücum ehtimalını müzakirə ediblər. Almaniya səfirinin Rusiya Xarici İşlər Nazirliyinə bu məsələ ilə bağlı çağrıldığı qeyd olunub.

Bir müddət sonra isə xarici KİV-də Almaniyanın Böyük Britaniyaya "Taurus" raketlərini tədarük edəcəyi, əvəzində isə Londonun Ukraynaya "Storm Shadow" raketlərini ötürəcəyinə dair məlumat yayılıb. Qeyd olunub ki, bununla Berlin rəsmi olaraq Kiyevə qanadlı raketlər ötürməyə görə məsuliyyətdən azad olacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti