...

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

Dünya xəbərləri Materials 29 Mart 2024 01:40 (UTC +04:00)
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

Bakı. Trend:

İsrail Qəzza zolağında hərbi əməliyyatlar zamanı HƏMAS hərəkatının "strateji aktivlərini" ələ keçirib və danışıqlar zamanı bundan istifadə etmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Baş nazir Benyamin Netanyahu israilli girovların ailələri ilə görüşdə deyib.

“Biz HƏMAS-ın strateji aktivlərini ələ keçirdik. Bu, girovlarımızın azad edilməsi üçün daha bir açardır. Bu günə qədər 123 girov geri qaytarılıb. Digər girovların da hər birini geri qaytarmağa borcluyam. Mən şəxsən gecə-gündüz bu işlə məşğulam”, - deyə Baş nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti