Bakı. Trend:
İsrail nümayəndə heyəti Qəzza zolağında atəşkəsilə bağlı danışıqlarda iştirak etmək üçün bazar günü Qahirəyə yola düşəcək.
Trend-in məlumatına görə, bu barədə Qərb KİV-ləri xəbər verib.
Məlumata əsasən, bazar günü İsrail və HƏMAS-ın iştirakı ilə ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə danışıqlar prosesi bərpa olunacaq.
Bir gün əvvəl İsrailin baş naziri Benyamin Netanyahu İsrail nümayəndə heyətinin HƏMAS ilə danışıqlara qayıtmasını təsdiqləyib.