Bakı. Trend:
Misirin dövlət kanalı olan “Nile news”da “Azərbaycanı kəşf et” layihəsindən bəhs edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, “Bu səhər” adlı verilişin əvvəlində müasir Azərbaycanın tanıtımına həsr olunmuş təqdimat nümayiş olunub. “Azərbaycanı kəşf et” layihəsinin rəhbəri Dr. Sədaqət Əliəşrəf və ICESCO-nun gənc sülh səfiri Sandi Salem ölkəmiz haqqında geniş məlumat verərək, “Azərbaycanı kəşf et” layihəsindən bəhs ediblər.
Adıçəkilən layihəyə yerli ictimaiyyət tərəfindən böyük marağın olduğu vurğulanaraq, artıq layihənin 4-cü buraxılışına start verildiyi elan edilib. Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar sözügedən müsabiqənin növbəti buraxılışının da yaşıl dünya naminə həmrəyliyə həsr olunduğu bildirilib.