...

Rusiya XİN Paris Yay Olimpiya Oyunlarında iştirak edəcək vətəndaşları ehtiyatlı olmağa çağırdı

Dünya xəbərləri Materials 4 Aprel 2024 17:56 (UTC +04:00)
Rusiya XİN Paris Yay Olimpiya Oyunlarında iştirak edəcək vətəndaşları ehtiyatlı olmağa çağırdı
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Xarici İşlər Nazirliyi Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək vətəndaşları ehtiyatlı olmağa çağırıb.

Trend xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova "Matç TV" telekanalının efirində deyib.

Zaxarova Parisdəki Yay Olimpiya Oyunlarında iştirak edəcək Rusiya vətəndaşlarını son dərəcə ehtiyatlı olmağa çağırıb və təxribat, qanunsuz həbs, o cümlədən, insan oğurluğunun mümkün ola biləcəyini əlavə edib.

Rusiya XİN nümayəndəsi, həmçinin, Paris meri Ann İdalqonun Rusiya və Belarusdan olan idmançıların xoş qarşılanmayacağı ilə bağlı açıqlamasına da münasibət bildirib.

"Bu, irqçilikdir, milliyyətçilikdir, idmanın siyasiləşdirilməsi, seqreqasiyadır. Lakin fikrimcə, bunun Fransa üçün göstərici olması çox mühümdür, çünki bu həm də demokratik norma və prinsiplərin məhvidir", - deyə o əlavə edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti