Bakı. Trend:
Pentaqon Ukraynanın Rusiyada neft emalı zavodlarına hücumlarını dəstəkləmir.
Trend Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder deyib.
Onun sözlərinə görə, Ukrayna bu hücumları müstəsna olaraq öz gücü hesabına və öz silahları ilə həyata keçirir.
"ABŞ Rusiya ərazisinə hücumlar üçün yardım göstərmir", - Pentaqon rəsmisi deyib.
Onun sözlərinə görə, bununla bağlı şərhlər üçün Ukrayna tərəfinə müraciət etmək lazımdır.
Xatırladaq ki, bu yaxınlarda Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin Rusiyadakı neft emalı zavoduna PUA hücumlarına reaksiyasının müsbət olmadığını bildirib.
"Biz öz PUA-larımızdan istifadə etdik. Heç kim bizə bunu edə bilməyəcəyimizi deyə bilməz", - deyə Zelenski əlavə edib.
Ukrayna prezidenti PUA hücumlarının Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrinə cavab olduğunu bildirib.