Bakı. Trend:
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada keçirdiyi əməliyyat nəticəsində PKK/KCK-PYD/YPG terror təşkilatının daha bir terrorçusu İpək Dəmiri saxlayaraq, Türkiyəyə gətirib.
Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
"Çavre Gever" kod adlı İpək Dəmir Suriyanın Ayn-əl-Ərəb (Kobani) şəhərində saxlanılıb.
2010-cu ildə terror təşkilatına qatılan İpək Dəmirin 2017-ci ildə təşkilat tərəfindən Suriyaya göndərildiyi bildirilib.