Bakı. Trend:
Türkiyənin Düzcə şəhərində sərnişin avtobusu işıq dirəyinə çırpılıb.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qəza yerinə polis, yanğınsöndürmə əməkdaşları və tibbi personal cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan 16 nəfər xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu deyilir.