...

Lavrov Çinə rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 8 Aprel 2024 02:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 8-dən 9-dək Çində rəsmi səfərdə olacaq.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Lavrov Çinin xarici işlər naziri Vanq Yi ilə danışıqlar aparacaq. Nazirlər beynəlxalq arenada ikitərəfli əməkdaşlıq və qarşılıqlı fəaliyyətin geniş spektrini müzakirə edəcəklər.

Bundan əlavə, Ukrayna və Asiya-Sakit okean regionunda vəziyyət də daxil olmaqla, bir sıra aktual mövzular və regional məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti