...

Rusiya İstintaq Komitəsi "Crocus"da terror aktını törədənlərin Ukraynanın xüsusi xidmət orqanları ilə əlaqələrini aşkarlayıb

Dünya xəbərləri Materials 8 Aprel 2024 16:49 (UTC +04:00)
Rusiya İstintaq Komitəsi "Crocus"da terror aktını törədənlərin Ukraynanın xüsusi xidmət orqanları ilə əlaqələrini aşkarlayıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federasiyasının İstintaq Komitəsi "Crocus City Hall"da terror aktını törədənlərin Ukraynanın xüsusi xidmət orqanları ilə əlaqələrindən xəbər verə biləcək mühüm məlumatlar əldə edib.

Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bir neçə gün öncə Rusiya İstintaq Komitəsi terror aktını törətməkdə ittiham olunanların mobil telefonlarındakı məlumatları dərc edib. İstintaq Komitəsi terror aktı ilə xüsusi əməliyyatın keçirilməsi arasında əlaqənin ola biləcəyini qeyd edib.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.

"Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti