...

Rusiya FTB Moskvadakı sinaqoqlardan birində terror aktının qarşısını alıb

Dünya xəbərləri Materials 11 Aprel 2024 23:23 (UTC +04:00)
Rusiya FTB Moskvadakı sinaqoqlardan birində terror aktının qarşısını alıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moskvada sinaqoqlardan birində planlaşdırılan terror aktının qarşısı alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya FTB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi bildirib.

Məlumata əsasən, şübhəli şəxs silahlı müqavimət zamanı öldürülüb.

Bildirilib ki, sinaqoqda terror aktını hazırlayan şəxs Mərkəzi Asiya ölkələrindən birində doğulub. Qeyd olunub ki, o, Moskva sinaqoqlarından birinin ətrafına kəşfiyyat aparıb və əldəqayırma partlayıcı qurğunun hazırlanması üçün materiallar əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti