...

Böyük Britaniya 2025-ci ildə Polşaya "Typhoon" qırıcıları göndərəcək

Dünya xəbərləri Materials 23 Aprel 2024 23:42 (UTC +04:00)
Böyük Britaniya 2025-ci ildə Polşaya "Typhoon" qırıcıları göndərəcək

Bakı. Trend:

Böyük Britaniyanın "Typhoon" qırıcıları gələn ildən Polşanın hava məkanını izləyəcək.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.

"Polşa ilə Böyük Britaniya arasında təhlükəsizliyi gücləndirən güclü əlaqələr mövcuddur. Biz əməkdaşlığı, xüsusən də hava məkanının mühafizəsi sahəsində gücləndiririk. Biz burada 2025-ci ildən Polşanın hava məkanını patrul edəcək "Typhoon" qırıcılarını yerləşdirəcəyik", - deyə o bildirib.

R.Sunak əlavə edib ki, Böyük Britaniya dəstək çərçivəsində Polşaya 16 min əsgər göndərmək istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti