...

Gürcüstanın xarici ticarət dövriyyəsi azalıb

Dünya xəbərləri Materials 14 May 2024 05:49 (UTC +04:00)

Bakı. Trend:

Cari ilin yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 6,6 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azdır.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, hesabat dövründə Gürcüstanın xarici ticarət dövriyyəsində ixracın həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz azalaraq 1,8 milyard dollar təşkil edib.

İxracın həcmi isə ötən ilin ilk 4 ayı ilə müqayisədə 0,3 faiz artaraq 4,8 milyard dollar olub.

Hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsində 3 milyard dollar həcmində kəsir yaranıb ki, bu da illik müqayisədə 7,5 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti