Bakı. Trend:
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan bu həftə sonu Səudiyyə Ərəbistanı və İsrailə səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə “Axios” portalı məlumat yayıb.
Səfər zamanı danışıqlarda Rəfah şəhəri ətrafındakı vəziyyət və Yaxın Şərqdə normallaşma perspektivləri müzakirə olunacaq. Milli təhlükəsizlik üzrə müşavirin Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən qəbul ediləcəyi də gözlənilir.