...

Rusiya helikopter qəzası ilə bağlı İrana ekspert dəstəyi verməyə hazırdır

Dünya xəbərləri Materials 21 May 2024 23:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya, iranlı tərəfdaşlarına eyhtiyac olduğu təqdirdə, İran prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğramasının səbəblərinin müəyyən edilməsində ekspert dəstəyi verməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ilə görüşü zamanı deyib.

"Əgər həmkarlarımızın ehtiyacı varsa, biz onlara bu fəlakətin əsl səbəblərinin müəyyən edilməsində ekspert dəstəyi, ekspert yardımı göstərmək üçün hər şeyi etməyə hazırıq", - deyə V.Putin bildirib.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti