...

Fransada əczaçılar tətil edəcək

Dünya xəbərləri Materials 29 May 2024 20:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa əczaçılarının həmkarlar ittifaqı mərkəzləri cümə axşamı bütün ölkə boyu tətil elan ediblər.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, əczaçılar bu yolla “diqqəti dərman qıtlığına yönəltmək, maaşların artırılmasına nail olmaq və dərmanların onlayn satışının yayılması ilə razılaşmaqlarını” ifadə etmək niyyətindədirlər.

Qeyd edilir ki, Fransada hazırda 5 mindən çox dərman növündə çatışmazlıq var. Hər beş reseptdən dördünün dərman təminatında problemlər yaranır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti