Bakı. Trend:
Ermənistanda 3,6 bal gücündə zəlzələ olub.
Trend-in məlumatına görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata əsasən, zəlzələnin ocağı 8,4 km dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Qarni kəndindən 5 km, İrəvandan 17 km cənub-şərqdə olub.