...

"Crocus City Hall"da baş verən terror aktı ilə bağlı 18 nəfər həbs edilib

Dünya xəbərləri Materials 1 İyun 2024 21:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moskva vilayətində "Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunaraq 18 nəfəri həbs edilib.

Trend-in məlumatına görə, bu barədə şübhəli şəxslərin həbsi ilə bağlı Basmannı məhkəməsinin qərarında bildirilib.

Məlumata əsasən, cinayət işi üzrə 20 nəfər barəsində ittiham elan edilib, onlardan 18-i barəsində həbs-qətimkan tədbiri seçilib, 2 nəfər barəsində isə yaşayış yerlərini tərk etməməklə azadlıqdan məhdudlaşdırılması qərarı verilib.

Məhkəmə qərarında bildirilib ki, “Crocus City Hall”a hücumdan sonra terror aktı, terror aktına hazırlıq, terror təşkilatının fəaliyyətində iştirak, silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsi maddələri ilə bir neçə cinayət işi açılıb. Müstəntiqlər həmçinin ittiham olunan şədsləri "Vilayət Xorasan" təşkilatının ("İslam Dövləti" terror təşkilatının bir hissəsi) fəaliyyətində iştirakda ittiham edirlər.

Qeyd edək ki, martın 22-də naməlum şəxslər Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən “Crocus City Hall”da avtomatlardan atəş açmağa başlayıblar. Hadisə Piknik qrupunun konserti başlamazdan əvvəl baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti