...

Estoniya Ukraynaya qoşun göndərəcək?

Dünya xəbərləri Materials 19 İyun 2024 17:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Estoniya öz qoşunlarının Ukraynaya göndərilməsi məsələsini müzakirə etməyə hazırdır.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Estoniyanın Kiyevdəki səfiri Anneli Kolk deyib.

Onun sözlərinə görə, Ukraynaya hərbçilərin göndərilməsi Estoniya üçün qırmızı xətt deyil.

"Biz NATO və ya Avropa İttifaqından ümumi mövqe gözləyirik və bizim liderlərimiz, xüsusilə də Müdafiə Nazirliyini nəzərdə tuturam, bunu müzakirə edirlər və bu yaxınlarda dedilər ki, bizim üçün qeyri-mümkün heç nə yoxdur", - Kolk qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti