...

Filippin sahillərində güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 11 İyul 2024 06:51 (UTC +04:00)

Bakı. Trend:

Filippin sahillərində 7,1 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Zamboanqa şəhərindən (Mindanao adası) 148 km cənub-şərqdə olub. Yeraltı təkanların ocağı 621 km dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti