Bakı. Trend:
ABŞ İran şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata əsasən, məhdudiyyətlər İranda yerləşən “Hakiman Shargh” tədqiqat şirkətinə şamil edilib. Dövlət Departamenti bildirib ki, şirkət “kimyəvi silahların tədqiqi və inkişafı” ilə məşğuldur.
Sözügedən şirkətin İranın “kütləvi qırğın silahlarının yayılmasını” dəstəkləmək məqsədi daşıdığı iddia edilən “sövdələşmələrdə iştirak edib və ya iştirak etməyə cəhd edib”.