...

ABŞ Gürcüstanla hərbi əməkdaşlığı davam etdirəcək - Pentaqon rəsmisi

Dünya xəbərləri Materials 17 İyul 2024 13:36 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hərbi təlimlərin ləğv olunmasına baxmayaraq, Gürcüstanla hərbi əməkdaşlığı davam etdirəcək.

Trend xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder brifinqdə jurnalistlərə deyib.

O bildirib ki, Pentaqon başqa nəyinsə ləğv olunması barədə məlumatlı deyil.

"Bu ilin yayına planlaşdırılan birgə təlimlərin ləğv olunmasına baxmayaraq, Vaşinqton Tbilisi ilə hərbi əməkdaşlığı davam etdirəcək. ABŞ Gürcüstan ordusu ilə tərəfdaşlıq əlaqələrini dəstəkləməyə davam edəcək. Pentaqon, həmçinin, Gürcüstanın suverenliyini möhkəmləndirmək və ərazi bütövlüyünü dəstəkləmək üçün imkanlar tapacaq", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti