Bakı. Trend:
Avropa Komissiyası Ukrayna üzrə Avropa Fondundan təxminən 4,2 milyard avro məbləği hesabına ilk müntəzəm ödəniş şərtlərinə Kiyevin əməl etməsini müsbət qiymətləndirib.
Trend-in məlumatına görə, bu barədə bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
"Ukrayna bərpası və Aİ-yə doğru irəliləməsi üçün əsas islahatları davam etdirir. Bu, komissiyanın Ukraynaya təxminən 4,2 milyard avroluq əlavə ödəniş üçün yaşıl işıq yandırmasına yol açdı, və ümid edirəm ki, (Avropa İttifaqı) Şurası indi bunu tez bir zamanda təsdiq edəcək", - deyə o bildirib.
Qeyd olunub ki, Aİ Şurası tərəfindən müvafiq qətnamənin qəbulundan sonra fondun cari ilin martında fəaliyyətə başlamasından bəri Ukraynaya ayrılan ittifaqın maliyyələşdirməsinin ümumi məbləği 12 milyard avroya çatacaq.