Bakı. Trend:
Konqresin Nümayəndələr Palatasında ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdinin səbəblərini araşdırmaq üçün işçi qrup yaradılıb.
Trend-in məlumatına görə, bu barədə qanunverici orqanın aşağı palatasının spikeri Mayk Conson "X" sosial şəbəkəsində bildirib.
"Bu gün mən prezident Trampa sui-qəsd cəhdini araşdırmaq üçün Nümayəndələr Palatasının İşçi Qrupunun yaradıldığını elan edirəm", - deyə M.Conson bildirib. Onun sözlərinə görə, D.Trampın təhlükəsizliyinin təmin edilməsində neyə görə kobud səhvlərə yol verilib sulına cavab almaq lazımdır.