...

İran Qəzzada əməliyyatlara son verəcəyi zaman İsrailə qarşı hücumları dayandıracağını bildirib

Dünya xəbərləri Materials 18 İyul 2024 18:25 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

HƏMAS hərəkatını dəstəkləyən İslam müqavimət qüvvələri İsrail Qəzza zolağında hərbi əməliyyata son verən kimi ona zərbələr endirməyi dayandıracaq.

Trend xəbər verir ki, bu barədə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani "CNN" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, İsrail Qəzza zolağında hərbi əməliyyatları davam etdirdiyi müddətcə İslam müqavimət qüvvələri öz maraqlarından çıxış edərək tədbir görmək hüququna malikdir.

"2023-cü il oktyabrın 7-dək bölgədəki İslam müqavimət qüvvələri arasında bu cür razılaşma yox idi, israillilər İraq və Yəmən tərəfindən təhdidə məruz qalmırdı, lakin 7 oktyabrdan sonra bu dəyişdi", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti