Bakı. Trend:
İran və Ermənistan silah tədarükü üzrə 500 milyon dollarlıq gizli razılaşma imzalayıblar.
Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, razılaşma bir neçə müqaviləyə bölünüb və son aylarda imzalanıb.
Razılaşmaya əsasən, İran Ermənistana "Şahed 136", "Şahed 129", "Şahed 197" dronları, eləcə də "3-cü Xordad", Məcid", "15-ci Xordad" və "Arman" kimi hava hücumundan müdafiə sistemləri tədarük edəcək.