Bakı. Trend:
Rusiyanın müdafiə nazirinin keçmiş müavini Dmitri Bulqakov tutulub.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV Federal Təhlükəsizlik Şurasına istinadən məlumat yayıb.
Bildirilib ki, Bulqakov rüşvətxorluqla bağlı iş üzrə saxlanılıb.
Keçmiş nazir müavini hazırda "Butırka" istintaq-təcridxanasında saxlanılır.